SEO Nədir?

SEO nədiraxtarış sistemi optimizasiyası mövzusuna dərinləməsinə toxunmadan öncə, axtarış sisteminin nə olduğuna və necə işlədiyinə nəzər yetirməliyik. Axtarış sistemlərinin prinsiplərini və necə işlədiklərini bilmək gələcəkdə veb saytınızı axtarış sisteminə uyğun şəkildə optimizasiya etməyinizə kömək edəcək.

Sayt daxili SEO

sayt daxili seo

Axtarış sistemi nədir?

Axtarış sistemi axtarış həyata keçirən istifadəçinin sorğusu ilə əlaqəli olan veb səhifələri məlumat bazasından seçərək istifadəçinin qarşısına çıxaran proqramın adıdır. Ən sadə izahla, axtarış sistemləri istifadəçinin axtardığı suala cavab gətirən sistemlərdir.

Google axtarış sistemi məlumat sistemində mövcud olan saytlar arasından istifadəçinin həyata keçirdiyi sorğu ilə əlaqəli olanları müəyyən bir sıralama ilə axtarış nəticələrinə çıxarır.

Axtarış Sistemləri Necə İşləyir?

Bugün axtarış sistemlərində istədiyimiz sualın cavabını saniyələr içərisində tapa bilsək belə, Google və digər axtarış sistemləri istifadəçinin qarşısına uyğun nəticələri çıxarmaq üçün milyonlarla veb saytını analiz edir və onları öz alqoritmində filtrləyir.

Bugünkü gündə Google-nin məlumat bazasında yer alan 130 trilyondan artıq sayt mövcuddur.

Google məlumat bazasında yer alan saytlardan istifadəçi üçün ən əlaqəli olanları doğru bir şəkildə sıralandırmaq üçün üç mərhələli bir prosesə sahibdir. Hərhansı bir sayt axtarış sistemində yer almaq üçün tarama (crawling), indeksləmə (indexing) və sıralama (ranking) adı verilən proseslərdən keçməlidir. 

Crawling (tarama)

Google internet üzərində yer alan saytları crawler adı verilən xüsusi alqoritmlərlə davamlı olaraq analiz edir və bu şəkildə məlumat bazasına əlavə olunmaq üçün uçün uyğun olan saytları müəyyən edir.

Crawler olaraq adlanan tarama botları saytınızın HTML & JavaScript versiyasını tarayaraq saytınızın hansı mövzu ilə əlaqəli olduğunu müəyyən etməyə çalışır. Tarama prosesi zamanı səhifənizdə yer alan linklərə keçid edərək həmin linkləri də tarayan bu botlar, həmin linklər ilə saytınız arasındaki əlaqəni də anlamağa çalışır.

Qeyd etməliyəm ki, saytın Google tərəfindən nə vaxt taranacağı dəqiq olaraq bilinmir. Əgər sayta çox kontent girişi olursa və sayt daimi olaraq yenilənirsə, Google həmin sayta əlavə crawl büdcəsi ayıracaq və səhifələrinizi davamlı olaraq tarayacaq.

Crawl büdcəsi: Google hər sayt üçün xüsusi tarama büdcəsi ayırır. Yeni saytlara əlavə olunan kontentlərin (səhifələrin) crawl olunması çox vaxt alarkən, davamlı olaraq yenilənən saytların Google tərəfindən sürətli bir şəkildə crawl olunmasının səbəbi budur. Yeni saytlar crawl büdcəsindən səmərəli şəkildə istifadə etməlidir.

Indexing (indeksləmə)

İndeksləmə, axtarış sistemi tərəfindən taranmış bir saytın axtarış sisteminin məlumat bazasına əlavə olunması deməkdir. İndeksləmə mərhələsinə qədər Google səhifənizi crawl etsə belə, axtarış nəticələrində göstərməyəcəkdir. 

İndeksləmə mərhələsində Google səhifənin hansı mövzu ilə əlaqəli olduğunu müəyyən edərək səhifəni həmin mövzu ilə əlaqəli məlumatlara sahib olan digər səhifələrlə müqayisə edir. Müqayisə zamanı veb səhifənizin digər səhifələrdən üstün və mənfi cəhətləri müəyyən olunur və sıralama prosesinə keçilir.

Ranking (sıralama)

Sıralama mərhələsi SEO üçün ən vacib mövzulardan biridir. İndekslənən bir veb səhifənin sıralama mərhələsinə keçdiyi zaman axtarış sistemi həmin səhifəni üç əsas prosesdən keçirir:

  1. İstifadəçinin axtarış etməkdəki niyyətini müəyyən etmək
  2. İstifadəçinin axtarışına uyğun olan veb saytları indekslənmiş saytlar arasından çağırmaq
  3. Çağırılan saytlar arasından istifadəçinin sorğusuna ən uyğun olanları yuxarıdan aşağıya doğru sıralamaq

SEO-nun ən vacib öncəliklərindən biri səhifələri istifadəçinin axtarışına ən doğru cavabı verəcək şəkildə optimizasiya etmək və axtarış sisteminə veb səhifənin istifadəçinin axtarışına uyğun olduğunun siqnalını göndərməkdir.

Əlaqə: Əlaqə bir veb səhifəsinin istifadəçiyə axtardığını verib verməməsini ifadə edir.

Vaciblik: Vaciblik axtarış sisteminə veb səhifənin nə qədər önəmli və dəyərli olduğunu ifadə etmək üçün istifadə olunur. Veb səhifənin dəyərini axtarış sistemlərinə göstərməyin ən yaxşı yolu, başqa veb saytlardan həmin veb səhifəsinə linklər (backlinks – daha sonra ətraflı bir şəkildə ələ alınacaq) verilməsidir. Axtarış sisteminə səhifənin önəmini göstərməyin başqa yolları olsa da, bunlar arasında ən vacibi link verilməsidir.

Veb səhifənizin axtarış sistemləri tərəfindən taranması və indekslənməsi prosesləri olduqca asan olsa da, sıralama mərhələsində səhifənizin sıralamasını artırmaq olduqca çətindir. Google axtarış sistemi hərhansı bir veb səhifənin axtarış nəticələrindəki sıralamasını hesablayarkən 200-dən artıq faktoru diqqətə alır.

SEO Nedir?

SEO hərhansı bir veb saytını axtarış sisteminin qayda-qanunlarına uyğun şəkildə optimizasiya etməkdir. SEO-nun məqsədi saytın mövzusu ilə əlaqəli həyata keçirilən sorğuların nəticələrində saytın ilk səhifədə – mümkündürsə birinci sırada – çıxmasını təmin etməkdir.

SEO-nun əsasən Google-nin birinci səhifəsinə yönəlməsinin məqsədi, əsas trafikin ən böyük hissəsinin birinci səhifədən gəlməsidir. Bir çox istifadəçi həyata keçirdikləri sorğunun cavabını tapmaq üçün əlavə vaxt itirmək istəmir və birinci səhifədəki nəticələrlə kifayətlənməyi seçir. 

Saytınız axtarış nəticələrində nə qədər üst sırada olsa, o qədər istifadəçi trafiki əldə edər.

 

Advanced Web Ranking tərəfindən həyata keçirilən CTR araşdırması, axtarış nəticələrində birinci səhifədə görünən saytların ümumi trafikin 40%-dən çoxunu əldə etdiyini göstərir. Bu isə o deməkdir ki, saytınız aylıq ortalama 1,000 axtarış həcminə sahib bir açar sözlə Google-nin ilk səhifəsinə çıxırsa, ortalama olaraq 400 istifadəçi əldə edəcəkdir.

Lakin SEO dediyimiz zaman saytı birinci səhifənin ən yuxarısına, ilk sıraya çıxarmağın nə qədər vacib olduğunu açıqlamaq istəyirəm.

Mənbə: Search Engine Journal

Yuxarıdakı şəkildə də gördüyünüz kimi, mobil cihazlar üzərindən edilən axtarışlar zamanı axtarış nəticələrində təbii nəticələrdən əvvəl ödənişli reklamlar görünür. Əgər saytınız müəyyən açar sözlər üzrə axtarışlarda birinci sırada çıxa bilmirsə, istifadəçinin saytınızı görmə ehtimalı olduqca aşağıdır. Bu səbəbdən SEO dediyimiz zaman saytı sadəcə axtarış nəticələrinin 1-ci səhifəsinə çıxarmağın yetərli olmadığını, ən azından ilk 3 sayt arasına girməsini təmin etmək lazım olduğunu unutmamalıyıq. 

SEO Nədir? Yeni Başlayanlar Üçün Axtarış Sistemi Optimizasiyası

SEO (axtarış sistemi optimizasiyası) saytı axtarış sisteminin qayda və qanunlarına uyğun şəkildə optimizasiya etmək deməkdir.

Əgər bir biznes idarəçisisinizsə və ya sadəcə şəxsi saytınız ilə məşğul olursunuzsa, hədəf kütlənizə doğru yollardan çatdığınıza əmin olmalısınız. Bunun üçün SEO optimizasiyası etməyiniz mütləqdir.

Bu yazıda yeni başlayanların SEO haqqında bilməli olduqları hər şeyi tapacaqsınız. Başlanğıc olaraq SEO-nun nə olduğundan, axtarış sistemlərinin təməllərindən, saytınızın axtarış sistemi ilə qurduğu əlaqədən və rəqiblərinizdən bir addım öndə olmaq üçün tətbiq edə biləcəyiniz strategiyalardan bəhs edəcəm.

SEO Nədir?

SEO Nədir?

SEO istənilən növ saytın axtarış sistemlərinin qayda-qanunlarına uyğun şəkildə optimizasiya edilməsi və müəyyən sözlər üzrə saytın axtarış nəticələrində rəqiblərindən daha ön sıralarda çıxmasını təmin etməkdir. SEO bizneslərə xidmət və məhsulları ilə bağlı axtarışlarda müştərilərin qarşısına ən ön sırada çıxmaq fürsəti verir.

Əgər SEO öyrənməyə yeni başlayıbsınızsa ilk öncə Google-nin bir saytdan əməl etməsini gözlədiyi qaydalar ilə tanış olmalısınız.

SEO dedikdə saytın ümumi optimizasiyası nəzərdə tutulsa da daxili SEO, xarici SEO və texniki SEO bu sahənin əsas qollarıdır.

Doğru şəkildə tətbiq edilən SEO biznesə uzun müddətli fayda verir. Axtarış nəticələrinin ən üst hissəsində yer almaq biznesə müştərinin qarşısına çıxan ilk məhsul/xidmət olmaq şansı verir və bu da daha çox satış, daha çox müştəri və daha çox qazanc deməkdir.

SEO-nun Üstünlükləri Nələrdir?

  1. Saytınızın Trafikini Artırır

Biznesinizlə əlaqəli olan xüsusi açar sözlərin və ifadələrin hədəflənməsi yolu ilə saytınız müştərinin qarşısına doğru zamanda, doğru şəkildə və doğru yerdə çıxır. Bu isə saytınızı görən müştərilərin sayta giriş etməsinə və sayt trafikinin artmasına imkan yaradır.

  1. Marka Populyarlığı Qazandırır

Saytınızın SEO optimizasiyasını həyata keçirməklə brendinizlə əlaqəli açar sözlərdə daima ön sıralarda ola bilərsiniz. Bu isə sadəcə yüksək trafik yox, eyni zamanda marka populyarlığını da bərabərində gətirəcək.

  1. Yüksək ROI Gətirir

Hər bir işdə qoyulan investisiyanın gətirdiyi qazanc önəmlidir. SEO orta və uzun müddətdə biznesinizin daha çox müştəriyə çatmasına və daha çox qazanc əldə etməyinizə kömək edəcək.

  1. Daha Ucuza, Daha Uzun Müddətli Nəticələr Əldə Etməyinizə İmkan Yaradır

Hər bir biznesin marketinq üçün istifadə edə biləcəyi birdən çox aləti var. Sosial media marketinq, axtarış sistemi marketinqi və ya ənənəvi marketinq bizneslərin hədəf kütlələrinə çatmasına kömək edir. SEO bizneslərə marketinqin digər praktikaları ilə müqayisədə daha ucuz və daha uzun müddətli uğur qazanma fürsəti yaradır.

SEO Optimizasiya Necə Edilir?

SEO saytın axtarış nəticələrində rəqiblərindən daha üst sıralarda çıxmasını təmin etmək üçün veb saytın optimizasiyası prosesini ifadə edir. SEO-da istifadəçilərin axtarış etdikləri sözlər üzrə biznesinizi tapması hədəflənir.

SEO optimizasiyası 3 şəkildə ələ alınır:

  • Səhifə Daxili Optimizasiya (On-Page Optimization)
  • Səhifə Xarici Optimizasiya (Off-Page Optimization)
  • Texniki Optimizasiya (Technical Optimization)

Səhifə Daxili Optimizasiya

Səhifə daxili optimizasiya veb saytınızda yer alan məzmunların (kontentlərin) və veb saytın kod strukturunun axtarış sistemlərinə uyğun şəkildə optimizasiya edilməsi deməkdir.

Səhifə daxili optimizasiya dedikdə saytda yer alan başlıq teqlərinin, açar sözlərin, meta açıqlamaların, başlıqların və şəkillərin optimizasiyası nəzərdə tutulur.

Səhifə Xarici Optimizasiya

Səhifə xarici optimizasiya saytın internetdəki digər saytlardaki optimizasiyasını ifadə edir. Bəli, saytın SEO optimizasiyası zamanı sadəcə saytın daxili yox, eyni zamanda saytın xaricində olan və saytınızla əlaqəli olan nüanslar da optimizasiya edilir.

SEO Nə Zaman Lazımdır?

“SEO nedir?” sualının cavabını öyrəndikdən və SEO ilə əldə edəcəyiniz üstünlüklərin fərqinə vardıqdan sonra SEO etməyə başlamalısınız. Bu o deməkdir ki, SEO üçün ən uyğun başlanğıc nöqtəsi sizin SEO-nun nə olduğunu bildiyiniz andır. Həm biznesin ilk quruluş ərəfəsində, həm də ortasında SEO etməyə başlaya bilərsiniz. SEO-ya nə qədər tez başlasanız, SEO-dan əldə edəcəyiniz nəticələri də o qədər tez qazanacaqsınız. Odur ki, ən qısa zamanda SEO xidmeti əldə etmək üçün araşdırmalara başlayın və biznesinizin təbii böyüməsini sürətləndirin.

SEO plan və SEO qiymetleri

Hər bir SEO xidməti SEO qiymetleri və SEO plan  ilə fərqlilik göstərir. Saytınızın mövcud vəziyyəti hər bir SEO planlaşdırmasında böyük rol oynayır. Eynilə, saytın mövcud vəziyyəti və ehtiyyacları SEO qiymetleri ilə birbaşa olaraq əlaqədədir.

Saytın SEO Optimizasiyasını Necə Həyata Keçirək?

SEO nədir sualına qısa da olsa cavab tapdığımıza görə, SEO optimizasiya necə edilir mövzusuna keçək.
  1. Doğru Açar Sözləri Hədəfləyin

Saytın SEO optimizasiyası zamanı ən vacib olan şey, doğru açar sözlərdən istifadə edilməsidir. Hər bir SEO planının əsasını doğru açar sözlərlə işləmək təşkil edir. Bunun üçün də SEO prosesinə başlamadan öncə dərinləməsinə açar söz araşdırması edilməlidir.

Hədəf kütlənizin nələri axtardığını bilmək, axtarış zamanı onların qarşısına çıxmaq üçün vacibdir. Açar söz araşdırması üçün Google Keywords Planner kimi pulsuz alətlərdən istifadə edə bilərsiniz.

  1. SEO Yönümlü Kontent Paylaşın

Saytın SEO-sunun tətbiqi zamanı ən vacib amillərdən biri, SEO yönümlü kontentin yaradılmasıdır. Hədəfləmək istədiyiniz açar sözləri seçdikdən sonra kontentinizdə bu açar sözləri yerləşdirməklə işə başlaya bilərsiniz. Unutmayın ki, keyfiyyətli kontent istifadəçilərin marağını daha çox cəlb etməklə birlikdə, axtarış nəticələrində rəqiblərinizdən daha yaxşı performans göstərməyinizə kömək edəcəkdir.

  1. Backlinklər Vacibdir

SEO-nun böyük bir hissəsini backlinklər təşkil edir. Backlinklər sayəsində axtarış sistemləri, saytınızın başqa saytlar tərəfindən təsdiqləndiyini və başqa saytların güclərini sizin saytınızla bölüşdüyünü ifadə edir. Saytınızda nə qədər çox keyfiyyətli backlink olsa, axtarış nəticələrindəki sıralamanız da o qədər çox olacaq.

  1. Texniki Strukturu Optimizasiya Edin

Hər bir sayt üçün keçərli olan bir qayda var ki, əgər saytınızın texniki strukturu zəifdirsə, saytda görülən SEO fəaliyyəti də bir o qədər zəif olacaq. Bu səbəbdən hər bir SEO strategiyası, saytda yer alan texniki problemlərin həll edilməsi ilə başlamalıdır.

SEO-da İstifadə Edilən Strategiyalar Nələrdir?

Rəqib Araşdırması Edin

Rəqib araşdırması saytınızın rəqib saytlardan niyə geri qaldığını açıq bir şəkildə sizə göstərəcək. SEO-da rəqib araşdırması ilə rəqabətdə önə keçmək üçün tətbiq edəcəyiniz strategiyaları müəyyən edə bilərsiniz.

Saytınızı Yeni Tutun

Saytınızda yer alan məzmunları davamlı olaraq yeniləmək, saytın yeni qalmasını təmin etmək və istifadəçilərə axtardıqları məlumatı verə bilmək olduqca vacibdir. Əgər saytınızdakı kontentlər uzun müddət boyunca yenilənmədən qalırsa, rəqiblərinizin yaratdığı kontentlərlə sıralamada sizin saytınızı keçmə ehtimalı olduqca çoxdur.

Lazım Olan Səhifələrinizin SEO-sunu Edin

SEO strategiyası hazırlayarkən saytınızda yer alan səhifələri prioritetləşdirmək olduqca vacibdir. Biznesinizə pul gətirəcək olan səhifələriniz hansıdırsa, öncəliklə onların optimizasiyasını həyata keçirməlisiniz.

PR Komandanızı Qurun

Biznesinizin SEO-su üçün vacib olan bir digər faktor isə güclü PR komandasına sahib olmağınızdır. Təbii ki, bu vacib bir şey deyil lakin qurulmuş SEO planını PR fəaliyyətləri ilə dəstəkləmək daha tez və daha çox müsbət nəticə əldə etməyinizə kömək edəcəkdir.

Lokal SEO

Lokal SEO saytın müəyyən bir bölgə üzrə həyata keçirilən axtarışlarda müştəri qarşısına çıxarılmasını təmin etmək üçün tətbiq edilən SEO növüdür. Lokal SEO fəaliyyətləri ilə fəaliyyət göstərdiyiniz bölgədə istifadəçilərin qarşısına ən çox çıxan və marka populyarlığı əldə edən brend ola bilərsiniz.

Kontent Qruplaşdırmalarından İstifadə Edin

Kontent qruplaşdırılması (content cluster) Google-yə saytınızın müəyyən mövzular üzrə istifadəçilərə keyfiyyətli kontent təqdim etdiyini, bu səbəbdən həmin mövzular üzrə “avtoritet” olduğunu bildirməyin ən vacib yoludur. Biznesinizlə əlaqəli olan mövzularda kontentlər yaradıb həmin kontentlər arasında doğru daxili linkləmələr həyata keçirərək kontent qruplaşdırmalarından istifadə edə bilərsiniz.

Davamlı Analiz Uğurun İlk Şərtidir

Axtarış nəticələrində ilk sıralarda yer alan saytları davamlı olaraq analiz etmək rəqabətin tempini və formasını müəyyən etməyinizə kömək edəcək. Ortaya çıxan yeni trendlərə rəqiblərinizdən daha tez cavab vermək, rəqibinizin işlətdiyi strategiyaları müəyyən edib həmin strategiyaları onlardan daha yaxşı tətbiq etmək davamlı analiz sayəsində mümkündür. 

Saytınızı Mobil Cihazlara Uyğun Şəkildə Optimizasiya Edin

Axtarış sistemi Google saytınızın mobil görünümünü əsas sıralama faktoru olaraq görür. Bu səbəbdən istifadəçinin mobil cihazdan istifadə edərək saytınızda rahatlıqla gəzinməsini və alış-veriş etməsini təmin etmək olduqca vacibdir. Əgər saytınızın mobil görünümündə problem varsa, bu o deməkdir ki, istifadəçilər saytınızdan rahat bir şəkildə istifadə edə bilmir.

İstifadəçi Təcrübəsi Vacibdir (UX)

Google istifadəçilərin axtarış nəticələrində tapdıqları saytlardan rahat bir şəkildə istifadə edə bilmələrini istəyir. Əgər bir istifadəçi sayta giriş etdiyi zaman xoş olmayan bir istifadəçi təcrübəsi ilə qarşılaşırsa, o zaman saytı tez tərk etmək məcburiyyətində qalacaq. Təkmilləşmiş alqoritmi sayəsində bunu başa düşən Google, istifadəçisinə yaxşı təcrübə qazandırmayan saytları sıralamada aşağı salır.

Ümid edirəm ki, SEO nədir sualınıza cavab tapa bildiniz.

SEO Öyrənmək Üçün Resuslar

Aşağıdakı saytlardan faydalanaraq SEO öyrənmək üçün lazım olan resursları tapa bilərsiniz:
 
LearningSEO
Ahrefs Blog
Semrush Blog
 
SEO Nedir Haqqında Daha Ətraflı Məlumat Əldə Etmək Üçün Aşağıdakı Videonu İzləyə Bilərsiniz

SEO Haqqında Son Yazılarım 👇